M.U-nun sezonun əvvilində oynadığı hazırlıq oyunlarındakı göstərdiyi performans Mourinyonun komandada heç bir ciddi dəyişiklik etmədiyinin göstəricisiydi, hətta komanda Lui van Qal dönəmindəki bəzi müsbət alışqanlıqlarını (Müdafiə alışqanlıqlarını, az epizod verib, az qol buraxmaq) da itirmişdi. M.U-nun nisbətən güclü olmayan komandalarla etdiyi uğurlu start çoxlarını aldatdı. Hamı M.U-nun Mourinyoyla birliktə tezliklə əvvəlki günlərinə qayıdacağını düşünürdü. Həm M.U, həm də Mourinyonun uğursuzluqlarından sonra futbol camiası düşünürdü ki, Jose və M.U bir-birilərinə məlhəm olacaqlar. Ilk 3 oyundakı rəqiblərindən təkcə Hull City səfəri çətin kimi görsənirdi (əslində isə liqanın davamında Hull City-nin çox da çətin bir rəqib olmadığı görüləcəkdir) ki, onu da artırma dəqiqələrində vurdugu qolla yenə bildilər. Mourinyonun karyerasının enişdə olduğu bir vaxtda M.U-da oynatdığı futbol, komandası üçün etdiyi transferlər və seçdiyi taktiki sxem(lər) həqiqətən də Josenin qocaldığını göstərir.
Əvvəcə taktiki sxemi analiz etsək, görərik ki, Jose 2 seçim üzərində dayanıb. Birincisi Joseye ən çox uğur qazandıran 4-3-3 sxemidir, digəri isə Çelsidəki möhtəşəm və eyni zamanda da fiasqo olan dönəmində ən çox istifadə etdiyi 4-2-3-1 sxemidir. Sezona da məhz bu sxemdən istifadə etməklə başladı.
İlk başlarda Jose bu sistemdə Runini 10 nömrə kimi istifadə elədi. Runi bu il keçən ilə nisbətən daha istəkli olsa da 10 nömrənin etməli olduğu şeyləri tam mənasıyla edə bilmədi, çünki oranın oyunçusu deyil. Mou düşünürdü ki, Mkıtaryanın yaradıcı özəlliklərindən istifadə edib açığı bu yolla qapata biləcəkdir. Oyunun gedişatında Runini kənar forvet oynadıb, henrixi 10 nömrə mövqeyinə çəksə də Mkıtaryanın fizik yetərsizliyi Joseni hayal qırıqlığına uğratdı. Yaradıcı, sıxışmış oyunu aça bilən özəlliklərinə rəğmən Henrixin fizik yetersizliyi onu daha çox meydanda saxlamağa imkan vermədi. Bu transfer, Henrixi bilərək və istəyərək transfer edən Josenin daha bir uğursuz seçimi idi.
Mou daha sonra bu əksikliyi Pogbanın gəlişiylə dolduracağını düşünürdü, ancaq Jozenin ve futbol həvəskarlarının Pogba haqqında yanıldığı bir məsələ var. Təbii ki, Pogbanın mövqeyinin ən yaxşılarından olması heç kəsdə şübhə doğurmur, ama ondan gözlənilənlər düşünürəm ki, ona edilən haqsızlıqdır. Onun işi mudafiə ilə hücum arasında körpü rolunu oynamagdır, topa basqı edən , yerdən ve havadan etkili olan, qayıdan topları toplayan, oyunun yönünü asanlıqla dəyişə bilən, hər iki ayağını etkili istifadə etməyi bacaran ve futbol bilgisi üst səviyyədə olan birisidir. Ama Pogba araya pas atmaq, hücumçunu birəbir saxlayacaq final pasları vermək ve qapanan mudafini açmaq işinin əhli deyildir. Bunları müəyyən səviyyədə etməyi bacarır, ancaq ondan bu işləri qusursuz etmesini gözləmək oyunçuya edilən haqsızlıqdır və bu gözləntilər onu uğursuz kimi göstərir. Bir də Josenin etdiyi bir yanlış da dayaq yarımmüdafieçisiz oynamağıdır.Bu iş daha çox Pogbaya qalıb deyə əsl Pogbanı görə bilmirik, çünki hücumlara istədiyi kimi qoşula bilmir. Zidan Real Madridə gələndə eyni səhvi elədi, ancaq ərdəmlik edib səhvindın döndü ve R.Madrid Ç.L-nı qazandı. Ancaq inamıram ki, bu qədər eqo sahibi olan Mou bu səhvindən geri dönüş elesin.
Lui van Qal ve Josenin oynatdıqları komandaları müqayise etsək, görərik ki, hər iki baş məşqçinin 1-ci və 2-ci bölgədə sıxıntısı olmayıb. Problem topu 3-cü bölgəyə (Hücum Bölgəsinə) gətirəndən sonra başlayıb. Yəni, 3-cü bölgəyə qədər gələn top 3-cü bölgədə sıxışıb qaldı. O bölgədə çözüm ürətəmmədilər. Komanda 3-cü bölgədən orqanizə ataklar edə bilmədi. Bunun başlıca səbəbi isə dediyimiz kimi, yaradıcı, oyunu aça bilən oyunçusunun olmamasıdır.Van Qal çözüm ürətə bilməsə belə topu öz qapılarının yaxınlığına gətirmirdi Lui van Qal dönəmində komanda liqanın ən az qol buraxan komandası oldu, ama ən az qol vuran da 10 cu komandası oldu və bunun nəticəsidir ki, gələcək həftə M.U Avroliqada Ukranyanın Zarya komandası ilə qarşılaşacaq. Bu il İngiltərə çempionatında Çempionlar liqası üçün ciddi mübarizə gedəcək, belə davam edəcəyi təqdirdə M.U-nun Ç.L-na vəsiqə qazanması çox az ehtimaldır. Hazır əlində fürsət varkən Uefa kubokunu qazansınlar ve bu yolla Ç.Liqasına getsinlər, məlumunuz artıq uefa kubokunun qalibi birbaşa Ç.L-na gedir. . Josenin oynatdığı futbolun Van Qalınkından üstün cəhəti isə komanda organizə gələ bilməyəndə, topu 3-cü bölgədə çox dolaşdırmadan uzun oynayırdılar. Mou-nun M.U-da oynatdığı oyun hava topları üzərinə qurulan oyun idi, yəni, doldur ve boşalt oyunu. Bu oyun taktikasında Mou Fellainini İbraya yaxın yerə göndərir və komandasına öz meydanındakı hissədən topu uzun oynaması tapşırığı verir. Uzun topları Fellaini ve İbra bir şəkildə cərimə meydançasının önünə endirərək oradakı kaliteli ayaqlarıyla sonuça gedir. Ya da ki standart vəziyətlərdə olan qarışılıqdan istifadə edirdilər. Oyunçu keçə bilən, driblinqli oyunçu əksikliyini Rasfordla müəyyən mənada aradan qaldırsa da, yaradıcı oyunçu əksikliyi hələ də qalmaqdadır. M.U 2 çıxış yolu var:
1.Ya taktiki sxemi dəyişib Fergusonun en çox istifadə etdiyi 4-4-2 (4-4-1-1) (4-2-2-1-1) ilə oynayacaq. Necə ki, Fransa millisi bu taktiki sxemlə avropa çempionatında uğur qazanmış ve Pogba da bu sistemin əsas fiqurlarından biri olmuşdu. Bu sxemdə də mütləq müdafiənin önündə, Pogbanın yanında oynayacaq oyunçunun dayaq yarımmüdafiəçisi olmalıdır. Yarımmüdafiənin kənarlarına isə Rashfardnan yanaşı oynaya biləcək mütləq Di Maria tarzı bir transfer lazımdı.
:
- Ya da oynatdığı taktik şablonlara uyğun oyunçu oynadıb, bəzi komandanın ağır daşlarını (Rooney, Fellaini kimi) sxeme uygun gəlmediyi üçün ehtiyatda saxlayacaq
Sonuncu 4-3-3 sxemini oynatması üçün isə mütləq oyunun boyunu qısaltmalı və müdafiəni mərkəz xəttə yaxın bir yerdə qurmalıdır. Yəni, hücum xətti ilə müdafiə xətti arasındakı məsafə qısalmalıdır ki, qayıdan 2-ci topları rəqib almasın, əks halda atdığından çox qol yeyən bir komanda olması qaçınılmaz olar. Mudafienin mərkəzində olan sual işarələri isə ayrı bir dərtdir, Van Qal keçən il bu bölgədə heç bir sıxıntı yaşamamışdı, heç o zaman Bailly də yoxuydu. Hal hazırda Mourinyonun oynatdığı bu oyunla ələxsus qapanan və topun arxasına keçən komandalara (Atletiko, Leicester ve s.) qarşı işi çox çətindi. Josenin xaraketerlərindən biri komandası yaxşı oynamayanda, işlər yaxşı getməyəndə radikal dəyişikliklər etmir, sezona başladıöğı oyun fəlsəfəsinə sadiq qalaraq inad edir, eynisi Çelsinin başında olanda da baş vermişdi. Doğrudur, Jose komandasında təzədir. Hər yeni gələn baş məşqçiyə istədiyi oyunu oturtması üçün vaxt verilməlidir, ancaq məşqçi də (Jose)
4 ay kimi uzun müddətdə hansı futbolu oynatmaq istədiyini göstərsin, Guardiolanın Sitisi kimi. Xülasə, görünən odur ki, Mourinyonu Çelsidəki taleyinin bənzəri gözləyir.Xülasə, görünən odur ki, Mourinyonu Çelsidəki taleyinin bənzəri gözləyir.